10 oyuna 5 titul qazandı – ispan futbolçudan unikal naliyyət

10 oyuna 5 titul qazandı – ispan futbolçudan unikal naliyyətbackend

İspaniyalı futbolçu Alvaro Odriosola qeyri-adi nailiyyətə imza atıb.

Busaat.az xəbər verir ki, “Bavariya”da icarədə olan “Real”ın müdafiəçisi mövsümdə 5 titul qazanmağa müvəffəq olub.

Mövsümə “Real”da başlayan Alvaro Madrid təmsilçisi ilə İspaniya Superkubokuna yiyələnib. O, bu qarşılaşmada iştirak etməsə də, adı sifariş vərəqində olduğu üçün titula sahib çıxıb.

Qışda “Bavariya”ya icarəyə verilən Odriosola Almaniyada çempion və kubok sahibi olub. Üstəlik, “Real”ın İspaniya çempionu adını qazanması sayəsində Alvaroya da qızıl medal verilib. Müdafiəçinin mövsümdəki 5-ci titulu isə Çempionlar Liqasının finalında əldə edilib. PSJ üzərində 1:0 hesablı qələbə ispaniyalı üçün 5-ci nailiyyəti rəsmiləşdirib.

Maraqlıdır ki, mövsüm ərzində iki klubun şərəfini qoruyan Odriosola cəmi 10 oyunda iştirak edib. Meydanda ümumilikdə 613 dəqiqə keçirən futbolçu orta hesabla hər 122 dəqiqəyə bir titul qazanıb.

Sportfan.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90