ABŞ-Azərbaycan münasibətlərinin ARTAN TEMPİ: “907-ci düzəliş büsbütün ləğv edilməlidir”

image-1e2857e15c-azerbaycan-abs-munasibetleri-birge-seylerle-inkisaf-edirbackend

“Əgər ABŞ-da lobbi və diaspor fəaliyyətimizi inkişaf etdirə bilməsək, Vaşinqtonla münasibətlərin inkişafı davamlı olmayacaq”.

Bu sözləri ABŞ-Azərbaycan münasibətlərinin artan tempdə inkişafına münasibət bildirən politoloq Turan Rzayev Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir. Bu fonda Bakı Vaşinqton qarşısında bir sıra strateji hədəflər müəyyən etməlidir:

image-1646998110_882

“Son illər Azərbaycan öz imkanları ilə regionda meqa enerji layihələr icra edir. Bu, ölkəmizi Avropaya alternativ enerji dayışıcısı ölkə halına gətirir. Lakin bununla belə görülən səylər Qərbin tələblərini tam ödəmir. Yəni, Rusiya ilə müqayisədə Bakının Avropaya nəql etdiyi qaz və neft çox azdır. ABŞ-la bu istiqamətdə əməkdaşlıq genişləndirilə, həm lazımi texniki avadanlıqlar, həm də investisiya cəlb edilə bilər. ABŞ-la təkcə enerji sahəsində deyil, hazırda bir çox fərqli sahədə də əməkdaşlıq edilə bilər. Xüsusilə Qarabağın bərpası istiqamətində ABŞ şirkətləri regiona cəlb edilə bilər. İxtisaslaşmış ABŞ şirkətlərinin Azərbaycanda, xüsusilə də Qarabağda fəaliyyəti regionda Ermənistanın təxribatlarının və ehtimal gərginlik səylərinin qarşısını ala bilər.

Lakin ABŞ-la əməkdaşlığın davamlı olması üçün bir sıra məsələlər öz həllini tapmalıdır. Belə ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş hələ də qüvvədədir. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır. 907-ci düzəlişin ləğvi üçün ilk növbədə ABŞ-da lobbi və diaspor fəaliyyəti artırılmalı və bu, dövlət xətti ilə həyata keçirilməlidir. Əgər ABŞ-da lobbi və diaspor fəaliyyətimizi inkişaf etdirə bilməsək, Vaşinqtonla münasibətlərin inkişafı davamlı olmayacaq və 907-ci düzəliş büsbütün ləğv edilməyəcək”.

Busaat.az

Günay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90