ABŞ-ın istənilən hərbi cəhdinə ən sərt şəkildə CAVAB VERİLƏCƏK – Şimali Koreya XİN

image-1380017backend

Koreya yarımadasında hərbi, siyasi vəziyyət ABŞ və müttəfiqlərinin hərəkətləri səbəbindən pik həddə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Şimali Koreya nüvə silahından istifadə etməklə ABŞ-ın istənilən hərbi təhdid və senarilərinin öhdəsindən gəlmək iqtidarındadır.

Nazirliyinin bəyanatına görə, Pxenyan istənilən hərbi cəhdə ən sərt şəkildə cavab verəcək.

Qeyd edək ki, bu bəyanat ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Cənubi Koreyaya səfərindən sonra verilib. Ostin Vaşinqtonun Cənubi Koreyanı qorumaq üçün adi və nüvə çəkindirici vasitələrdən istifadə etməyə sadiq olduğunu bir daha bəyan edib. İki ölkənin müdafiə nazirlərinin birgə bəyanatına görə, onlar “builki birləşmiş təlimlərin səviyyəsini və miqyasını daha da genişləndirmək və gücləndirmək barədə öhdəlik götürüblər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90