ABŞ nüvə silahının tərksilahı rejimini pozur və bunu dayandırmalıdır.
Busaat.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin rəsmi nümayəndəsi TASS-a bildirib.
Onun sözlərinə görə, ABŞ öz davranışı üzərində düşünməli və düzgün iş görməyə qərar verməlidir:
“ABŞ beynəlxalq nüvə tərksilahı və nüvə silahının yayılmaması rejiminə zərbə vurmağı dayandırmalı, milli və kollektiv təhlükəsizlik siyasətlərində nüvə silahının rolunu azaltmalı və dünyanın rifahı üçün məsuliyyətlə hərəkət etməlidir”, – səfirlik nümayəndəsi qeyd edib