Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 774 $▲1.04%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ Suriyada İran dəstəkli qrupları vurdu

image-lloyd-ostin-pentaqon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pentaqonun verdiyi açıqlamada, dünən yerli vaxtla saat 13:30 radələrində Suriyanın şimal-şərqində Haseke yaxınlığında anti-İŞİD koalisiyasına aid texniki xidmət obyektinin pilotsuz uçuş aparatı (PUA) ilə vurulduğu açıqlanıb.

Məlumata görə, hücumda ABŞ-nin 1 müqaviləli əməkdaşı ölüb, 5 ABŞ əsgərinin və daha 1 müqaviləlinin yaralandığı bildirilib.

Qeyd edilib ki, yaralanan əsgərlərdən 2-nə hadisə yerində tibbi yardım göstərilib, onlardan 3-ü və müqaviləli əsgər İraqdakı koalisiya qüvvələrinin tibb müəssisəsinə aparılıb. Kəşfiyyatın sözügedən pilotsuz uçuş aparatın İrana aid olduğunu qiymətləndirdiyi barədə məlumat paylaşılıb.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin İrana məxsus pilotsuz uçuş aparatı ilə edilən hücuma cavab olaraq İran İnqilab Keşikçiləri Ordusuna (SEPAH) bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirildiyini açıqlayıb.

“Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə bu gecə Suriyanın şərqində İran İnqilab Keşikçiləri Ordusuna bağlı qruplaşmaların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək səlahiyyəti verdim”, – Ostin bildirib:

“Hava zərbələri bugünkü hücuma, eləcə də İnqilab Keşikçiləri Qvardiyasına bağlı qrupların Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlarına cavab olaraq həyata keçirilib”.

Busaat.az

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104630