ABŞ Yunanıstana 268 milyon dollar dəyərində silah-sursat satacaq

image-2-33backend

ABŞ və Yunanıstan arasında zirehli hərbi texnikanın da satışını nəzərdə tutan 268 milyon dollarlıq müqavilə imzalanıb.

Müqaviləyə əsasən ABŞ Yunanıstana müxtəlif modifikasiyalı 76 ədəd AAV-7A1 zirehli amfibiya hücum maşınının və müvafiq avadanlıqların satışı üçün 268 milyon dollarlıq satış edəcək.

Eyni zamanda müqavilə ilə Yunanıstan hökumətinin 63 ədəd 50 kalibrli pulemyot, MK-19 qumbaraatanları və ehtiyat hissələri ala biləcəyi bildirilir.

ABŞ hökumətinə görə, bu müqavilənin yerinə yetirilməsi “Avropada siyasi sabitliyə və iqtisadi tərəqqiyə nail olmaqda mühüm tərəfdaş olan NATO müttəfiqinin təhlükəsizliyinin gücləndirilməsinə kömək etməklə ABŞ-nin xarici siyasət məqsədlərini və milli təhlükəsizlik məqsədlərini irəli aparacaq”.

“Avadanlıqların satışı Yunanıstanın cari və gələcək təhlükələrə qarşı durmaq qabiliyyətini artıracaq”, – sənəddə deyilir.

ABŞ Dövlət Departamenti və Pentaqon iddia edir ki, razılaşma bölgədəki əsas hərbi balansı dəyişməyəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90