“Apple”ın ən sürətli cihazları açıqlanıb

image-apple_march_2022_event_confirmedbackend

Dünyanın ən məhşur texnologiya markalarından “Apple”ın ən sürətli cihazları açıqlanıb.

Busaat.az xəbər verir ki, siyahıya “Apple”ın “iPhone”larından başqa “iPad”ləri də daxil edilib.

Hər ay “AnTuTu” həm “Android”, həm də “Apple”da ən sürətli cihazları elan edir. “Apple”da “iPhone” və “iPad” modelləri bu siyahıya daxildir. Dekabrın əvvəlindən dekabrın sonuna qədər olan tarixlər əsasında hazırlanan siyahıda əvvəlkilərdə olduğu kimi ilk yeri “iPod Pro” modelləri tutur.

Dekabr ayında ən sürətli “Apple” cihazı “iPad Pro 6″dır. 12,9 düymlük bu cihaz 1 milyon 432 min 36 xalla birinci yeri tutur. Siyahıda beşinci yerə qədər “iPad Pro”lar var:

İkinci yerdə 1 milyon 301 min 051 xalla “iPad Pro 6” (11 düym), üçüncü yerdə isə 1 milyon 218 min 713 xalla “iPad Pro 5” (12,9 düym) qərarlaşıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90