“Apple”ın yeni əməliyyat sistemi: Bu dəyişikliklər olacaq

image-254d9987-c6fe-44a5-83bb-4a0ecdd054c7backend

“Apple” iPhone 16 modellərində və digər uyğun cihazlarda mövcud olacaq yeni “İOS 18” əməliyyat sistemini təqdim edib.

Busaat.az xəbər verir ki, əməliyyat sistemi “WWDC” konfransında elan edilib.

Məlumata görə, “iOS 18” masaüstü və İdarəetmə Mərkəzinin dizaynına əhəmiyyətli dəyişikliklər gətirəcək.

Belə ki, istifadəçilər proqram və vidcet nişanlarını sərbəst şəkildə tənzimləyə, həmçinin onların arasında boşluqlardan istifadə edə biləcəklər.

Bundan əlavə, cihazı daha yaxşı fərdiləşdirmək üçün nişanların rəngini dəyişmək mümkün olacaq.

Həmçinin yeni təhlükəsizlik funksiyası Face ID istifadə edərək xüsusi proqramları bloklamağa imkan verir.

Eyni zamanda məşhur Mesajlar proqramı planlaşdırılmış mesajlar göndərə və yeni reaksiyalardan istifadə edə biləcək. Mətn formatı da istifadəçilər üçün əlçatan olacaq.

İrəliyə atılan bir digər mühüm addım isə “iOS 18”ə sahib iPhone-ların peyk vasitəsilə mesaj göndərə bilməsidir.

Qeyd olunub ki, əməliyyat sisteminin son versiyası 2024-cü ilin payızında təqdim olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki