AVRO-2024: Bu gün ikinci finalçı bəlli olacaq

image-3backend

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

Busaat.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.

Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.

AVRO-2024

Yarımfinal

10 iyul

23:00. Niderland – İngiltərə

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, “Siqnal İduna Park”.

Qeyd edək ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki