“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkətinin rəhbərliyinə təyinat olub

image-senedbackend
image-uzb_ads_desk

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Əmlak” MMC-nin rəhbərliyinə təyinat olub.

Busaat.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Elçin Niyazova həvalə edilib.

O, bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lərin direktoru olub və yeni vəzifəsində Fərid Hüseynovu (ADY-yə məxsus “ADY Servis” MMC-nin qanuni təmsilçisi) əvəzləyib.

Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki