Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR

image-1679325001_1677323840_benzin66backend

2024-cü ildə Azərbaycanda premium markalı “Aİ-95” və super markalı “Aİ-98” benzinin qiymətinin artması gözlənilir. Hər iki markada olan benzin Azərbaycanda idxal olunur. Sonuncu dəfə bu markada olan benzinin qiyməti 2022-ci ilin iyununda qalxmışdı.

Həmin tarixdə “Aİ-95”-in litri 1.6 manatdan 2 manata, “Aİ-98” isə 1.9 manatdan 2.3 manata qaldırılmışdı.

Müqayisə üçün bildirək ki, 2023-cü ilin oktyabr ayının 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 6 482,8 mln. ABŞ dolları və ya 13,2% artaraq 55 516,4 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyinə əsasən Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda yerli istehsal olan benzinin qiymətinin ucuzlaşacağı ilə bağlı açıqlamalar da var.

Busaat.az xəbər verir ki, Mətbuat.az bu barədə iqtisadçıların fikirlərini öyrənib.

İqtisadçı Əkrəm Həsənov açıqlamasında bildirdi ki, o ucuzlaşma ilə bağlı fikirləri doğru hesab etmir:

“Adətən benzinin qiyməti ilə bağlı müzakirələr ediləndə deyirlər ki, ölkədə bu yanacaq növünün qiyməti dünya bazarından ucuzdur. Ona görə də mən ucuzulaşma ilə bağlı gözləntilər olduğu qənaətində deyiləm. Hətta idxal etdiyimiz benzin markalarının qiymətinin aşağı düşəcəyi ilə bağlı fikirlər də gözlənilmir”.

İqtisadçı Fuad İbrahimov isə düşünür ki, əgər bizim yanacağın qiyməti dünyada satılan standartlar dəhlizində olarsa, neftin qiyməti ucuzlaşacağı təqdirdə bu yanacağın qiymətinə də mütləq şəkildə təsir edəcək. Məsələni dünya bazarındakı qiymətlərlə müqayisə edən ekspert qeyd etdi ki, Azərbaycanda dünya standartlarına əsasən müəyyən edilən qiymət yoxdur:

“Amma biz təcrübədə idxal etdiyimiz yanacağın qiymətində ucuzlaşmaları görmüşük. Bu beş, on qəpik civarında olsa da ucuzlaşmalar müşahidə edilib. Məsələyə bu nöqteyi-nəzərdən yanaşarsaq, əgər neftin qiymətində yenə də ucuzlaşma davam edərsə, bu idxal olunan məhsulun qiymətinə də təsir edəcəkdir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Azərbaycanda yerli istehsal olan benzinin qiyməti neft ucuzlaşsa belə, ucuzlaşmayacaq.

Söhbət Aİ-92 markalı avtomobil yanacağından gedir, onun qiymətini Tarif Şurası tənzimləyir. Bizim tədarükçüsü olduğumuz avtomobil yanacağının qiymətini artırmaq üçün düz iki səbəbimiz var – neft hasilatının azalması və neft emalı zavodlarının modernləşdirilməsinə kapital qoyuluşu (miqyasda). Ona görə də gələcəkdə bu xərcləri ödəmək üçün Aİ-92 markalı benzin və dizelin qiymətləri artacaq. Bu o deməkdir ki, ölkədə istehsal olunan yanacağın qiymətinin qalxması o qədər də uzaqda deyil”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki