Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər

image-c46b844e-3a3a-3ec5-bc4a-8293b8cc4539_850backend

Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Heç şübhəsiz, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir.

2008-ci il mart ayının 14-də BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib. İkinci Qarabağ müharibəsində də Gürcüstan Azərbaycanın mövqeyini müdafiə edərək ərazisindən Ermənistana silah daşınmasına imkan verməmişdir.

Əlbəttə ki, hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.

Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında birgə iqtisadi komissiya fəaliyyət göstərir. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb.

Martın 16-da Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycan Respublikasına etməsi mühüm strateji tərəfdaşlıq mesajıdır. Hər iki ölkənin iqtisadi, ticari, mədəni əlaqələri qonşuluq münasibətləri o səviyyədədir ki, bu səfərin reallaşması təəccüblü deyildir.

Yüksək səviyyədə qarşılanan Baş nazirdən sonra hər iki ölkənin rəhbəri mətbuata Bəyanatla çıxış ediblər. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev ali qonağı salamlayaraq ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, nəqliyyat, logistika və enerji sahəsində həyata keçirilən layihələrin uğurlu olduğunu qeyd etmişdir.

Ölkəmizin başçısı bildirmişdir ki, Bakı-Tbilsi- Qars dəmir yolunun fəaliyyətə başlaması hər iki ölkəni Avrasiya üçün önəmli ölkələrə çevirmişdir. Yaxın vaxtlarda bu yol vasitəsilə yük daşımalarının həcmi 1 milyon tondan 5 milyon tona çatdırılacaqdır ki, bu da ölkələrimiz arasında iqtisadi münasibətlərə ciddi təkan verəcəkdir.
Gürcüstan Respublikasında yaradılan əlverişli investisiya mühitini yüksək qiymətləndirən cənab İlham Əliyev bildirib ki, məhz bunun nəticəsində Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkələrdən birinə çevrilib.
Cənub Qaz Dəhlizi layihəsində yer alan Gürcüstan vasitəsilə Azərbaycan qazı Gürcüstan vasitəsilə Avropaya ötürülür və Avropanın enerji tələbatının ödənilməsində mühüm rol oynayır: Biz dünya bazarlarının xüsusiyyətlərini yaxşı bilirik, mən dünya enerji bazarlarını nəzərdə tuturam. Yaxşı bilirik ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.
Bu günə qədər həyata keçirilən layihələrin uğurlu olduğunu qeyd edən cənab Prezident bu layihələrin yaşıl enerji layihəsi üçün örnək olacağını və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəyini bildirmişdir.

Eltun Süleymanov sondqonşu dövlətlə bu cür münasibətlərin qurulmasında maraqlı olan ölkəmiz, siyasi rəhbərlik əslində Ermənistana mesaj vermişdir ki, sülh və qarşılıqlı əməkdaşlıq hər iki ölkə üçün inkişaf deməkdir. Bunu Azərbaycanla Gürcüstanın münasibətləri təsdiq edir.

Eltun Süleymanov

Nəsimi RİH-nin yanında

İctimai Şuranın sədr müavini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90