“Azərbaycan millisinə uduzduğumuza görə bəhanəsiz danışmaq lazımdır”

image-165798_kkc053qhw2backend

“Belə matçlardan sonra şərh vermək çətindir. Uduzduğumuza görə bəhanəsiz danışmaq lazımdır. Eyni zamanda deməliyəm ki, yaxşı oynadıq, qol vəziyyətləri yaratmışdıq”.

Busaat.az xəbər verir ki, bu sözləri Belarus millisinin kapitanı Yevgeni Yablonski Millətlər Liqasının C qrupunun 4-cü turunda Azərbaycana Bakıda uduzduqları oyun (0:2) haqda danışarkən deyib.

O, “Pressball.by” portalına açıqlamasında bəxtlərinin də gətirmədiyini bildirib: “Nədənsə, qol vurmaq bizim üçün çox çətindir. Topun qapıya necə girmədiyini anlamıram. Nə desəm də artıqdır, hesab tablodadır. Dörd görüşdən sonra ortadakı nəticə gözlədiyimiz kimi deyil. Məncə, daha artığına layiq idik. İndi futbolçular klublarına yollanacaq, məşqçilər korpusu da nəyi səhv etdiyimizi təhlil edəcək. İşləməyə davam etməkdən, hazırlaşmaqdan və nəticə əldə etməkdən başqa əlacımız yoxdur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90