Azərbaycanda qadın qardaşının keçmiş arvadını döyüb.
Busaat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Sahibə Vəliyeva (ad, soy adı şərti) mübahisə zəminində qardaşının keçmiş həyat yoldaşı Səbinə Quliyevanın (ad, soy adı şərti) sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurub. Hadisə zamanı qadın yerə yıxılıb və xəsarət alıb.
Olaydan sonra DİN-in “102 xidməti”nə məlumat verib.
Sahibə Vəliyeva saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Prosesdə ifadə verən Sahibə Vəliyeva ona elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib. O deyib ki, zərərçəkmiş Səbinə onun qardaşının keçmiş həyat yoldaşıdır:
“Onlar 2013-cü ildə ailə qurub və birgə nikahdan üç övladları var. Lakin 2020-ci ildə rəsmi olaraq boşanıblar. Hadisə günü evdə idim. Bu zaman qardaşım, Səbinə və onun qardaşının mübahisə etdiklərini eşitdim. Dərhal binanın həyətinə düşdüm. Həmin vaxt onların qardaşımı döydüklərini fikirləşdim. Çox əsəbləşmişdim və Səbninənin sifətinə əlim vurdum. Zərbənin təsirindən qadın yerə yıxıldı, bir qədər sonra isə ayağa qalxaraq DİN-in “102 xidməti”nə məlumat verdi”.
Məhkəmə iclasında zərərçəkmiş Səbinə Quliyeva da dindirilib. O qeyd edib ki, həyat yoldaşı ilə boşanıb və hadisə günü alimentlə bağlı aralarında mübahisə düşüb:
“Məhkəmə övladlarımın azyaşlı olmasını nəzərə alaraq onların mənimlə qalması barədə qətnamə qəbul edib. Lakin buna baxmayaraq övladlarımdan ikisini mənim razılığım olmadan keçmiş ərim özü ilə saxlayır. O, aliment borcunu ödəyə bilmədiyi üçün məni aldatdı. Belə ki, keçmiş ərim övladlarımı mənə gətirmək adı ilə yaşadığım binanın qarşısına çağırdı. Binanın həyətinə düşdükdən sonra o, məndən alimentlə bağlı şikayət etməməyimi tələb etdi və bu zaman aralamızda mübahisə yarandı. Həmin vaxt qardaşım bizə yaxınlaşdı və hər ikisimizi sakitləşdirməyə çalışdı. Həmin vaxt keçmiş həyat yoldaşımın bacısı Səbinı də bizə yaxınladı. Bu zaman o, yumruqla mənim alın nahiyəmə bir neçə dəfə zərbə endirdi. Mən yerə yıxıldım və huşumu itirdim. Bir neçə dəqiqə sonra özümə gəldim və DİN-in “102 xidməti”nə zəng edərək məlumat verdim”.
Məhkəmənin qərarı ilə Sahibə Vəliyevaya 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilib.
Busaat.az