Azərbaycanda güclü PARTLAYIŞ – Yaralılar var

image-son-deqiqe-iranda-guclu-partlayis-bas-verdi-video-428901backend

Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib.

Busaat.az xəbər verir ki, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsirindən ona bitişik binaya da zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər – 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.(unikal)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki