Azərbaycanda məşhur şirkətin rəhbəri istefa verdibackend

“Azqranata” şirkətinin baş direktoru Anar Bayramov istefa verib.

Busaat.az xəbər verir ki, bu barədə qərarını o sosial şəbəkədə açıqlayıb: “Çox fikirləşdikdən sonra Azgranata-dan ayrılmaq qərarına gəldim. Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm.

8 ildir karyeram əsasən (kiçik ara ilə) Azgranata və Modern Group ilə bağlı oldu. Hər zaman təsisçilərin etimadını gördüm, əlimdən gələni etdim ki, etimadı doğruldum komandamızla birlikdə. Allaha şükürlər olsun ki, alnımız açıqdır.

Bütün komanda yoldaşlarıma uğurlar arzulayıram, inanıram ki, gələcəkdə şirkətin uğurları daha da çox olacaq. Bundan sonra da Azgranata mənə çox doğma, əziz şirkət olaraq qalacaq.

Gələcək planlarımla bağlı bildirim ki, mənim işim biznes idarəçiliyidir. Əlimdən başqa bir iş gəlmir”.//Qaynarinfo