“Ötən il ölkəyə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir”.
“Keçən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub”, – deyə o əlavə edib.
Ötən il 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 min 590 nəfər olduğunu vurğulayıb.