Gəncədəki məmur həbsləri xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Gəncədəki məmur həbsləri xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində keçirilən əməliyyat zamanı Əmək və “Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb”.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Onun sözlərinə görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəri ilə cinayət işi başlanmış, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcəkdir”-deyə, bildirib.

***

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhər Kəpəz rayon Dövlət Sosial Müdafiə şöbəsinin daha 3 əməkdaşının saxlanıldığı bildirilir. 

Şöbənin baş mühasibi və rəis müavininin də saxlanıldığı qeyd olunur.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər – Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.

*****
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunub.

Bundan əlavə, DSMF-nin Kəpəz Rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.//Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90