Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 728 $▼2.19%
  • Ethereum1 891 $▼1.91%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

“Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”- Həsən Ruhani

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən hərbi əməliyyatlardan narahat olduğunu ifadə edib.

Busaat.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, Tehranda Nazirlər Kabinetinin görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakı ilə İrəvan arasındakı qarşıdurmanın genişmiqyaslı regional qarşıdurmaya səbəb ola biləcəyini qeyd edib.

“Bölgəmiz çox həssas və əhəmiyyətlidir. Şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək lazımdır. Qarabağdakı müharibə sərhədlərimizdə aparılır. Mərmilər də ərazimizdə partlayır və bu, yolverilməzdir

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə və hüquqlarına hörmətlə yanaşmalıdır”, – deyə Ruhani qeyd edib.

İran Prezidenti bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur: “Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayırıq, Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir. Eyni zamanda müharibə və qan tökülməsi ilə heç bir münaqişə həll edilə bilməz. Alternativ bir yol tapmalıyıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20558