“Bakı Sığorta”nın yığımlarında 55 %-lik azalma
Bu ilin yanvar-iyul aylarında “Bakı Sığorta” 1 milyon 435 min manat sığorta haqqı toplayıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 55,3 % və ya 1 milyon 778 min manat azdır. 2023-cü ilin yanvar-iyul aylarında “Bakı Sığorta”nın yığımlarının həcmi 3 milyon 213 min manat olub.
Hesabat dövründə “Bakı Sığorta”nın ödənişlərinin həcmi 1 milyon 112 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,5 % və ya 423 min manat azdır. 2023-cü ilin sonunda şirkətin ödənişlərinin həcmi 1 milyon 535 min manat olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.
Loading...