Bakıda karantin qaydalarını pozan internet klub aşkarlandı – 8 nəfər saxlanıldı (FOTO)

Bakıda karantin qaydalarını pozan internet klub aşkarlandı – 8 nəfər saxlanıldı (FOTO)backend

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet klub aşkarlanıb.

Busaat.az-ın məlumatına görə, Binəqədi RPİ Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90