Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.73 $▼4.04%
  • WTI neft81.92 $▼3.33%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.365 $▲6.42%
  • Qızıl3 733 $▼1.42%
  • Gümüş44.98 $▼1.82%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.00 ¢▼3.02%
  • Bitcoin62 749 $▼3.27%
  • Ethereum1 759 $▼3.50%
  • S&P 5007 326▼0.20%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Hadisə

Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı

image-img_20210223_131321_769
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən 11 nəfərin prosesində insident yaşanıb.

Busaat.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə (lezva) qol damarlarını doğrayıb.

Daha sonra isə həmin şəxslər “lezva”nı boğazlarına dirəyərək dayanıblar. Hakim zaldan çıxıb və konvoy əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar.

Qeyd edək ki, bu iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham edilir.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37312