Bakıda naməlum şəxsin beşinci sinif şagirdini maşınına mindirərək oğurlamaq istəməsi haqqında xəbər vermişdik.
Busaat.az xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu Sabunçu rayonu 188 saylı orta məktəbin önündə baş verənləri öyrənmək üçün həmin əraziyə üz tutub.
Dərin stress yaşamış məktəbli başına gələnləri Baku TV-nin mikrofona danışıb.
O bildirib ki məktəbdən çıxarkən böyük qardaşı balaca bacısını götürmək üçün ondan ayrılıb. Elə bu vaxt papaqlı bir nəfər ona yaxınlaşıb:
“Məni qəfildən maşına itələdi. Ondan sonra mənə bıçaqla hədə-qorxu gəldi. Dedi ki, sakitcə maşında otur, kim soruşsa, mənim qızımsan”.
Daha ətraflı Baku TV-nin süjetində.