Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə saxlanıldı (VİDEO)

Bakıda test nəticəsi pozitiv çıxan şəxs marketdə saxlanıldı (VİDEO)backend

Paytaxtın Səbail rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

Busaat.az xəbər verir ki, həmin şəxs Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadədir.

Təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birində olarkən Səbail RPİ əməkdaşları tərəfindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1- ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90