“Barselona” Kumanın əvəzləyicisini tapdı

image-142055backend

“Barselona” baş məşqçi Ronald Kumanın potensial əvəzləyicisi barədə qərar verib.

Bu barədə məşhur jurnalist Nikolo Skira “Tvitter” hesabında yazıb. Bildirilib ki, Kataloniya təmsilçisi keçmiş futbolçusu, hazırda “Əl-Sədd”də (Qətər) çalışan Xavi Hernandesi yeni baş məşqçi vəzifəsinə əsas namizəd hesab edir. Onun bu yay komandaya baş məşqçi təyin edilə biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə PSJ-yə 1:4 hesabı ilə uduzub. Komanda La Liqada 22 turdan sonra 3-cü pillədə qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90