
Busaat.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas bildirib.
“Qəzetlər artıq ölüb. Çünki o bahalıqda qəzet, kitab buraxmaq möcüzədir. Bu məsələ həll olunmalıdır. Baş nazir Əli Əsədov bu məsələyə diqqət yetirməlidir”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlılar dünyada ən az kitab oxuyan millətdir.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində deputatın azətbaycanlıların kitab oxumamasına dair fikri ilə razılaşmayıb: “Belə bir statistika sizdə haradandır? Kitab oxumaq istəyən həmişə oxuyur”.






















