Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

image-baydenbackend

ABŞ prezidenti Co Bayden müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib.

Busaat.az xəbər verir ki, Bayden Ramazan ayı ilə bağlı yazılı açıqlama verib.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) və bütün dünyada müsəlmanlar üçün Ramazan ayını qeyd edən Bayden bildirib: “ABŞ olaraq biz də bu müqəddəs dövrdə sıxıntılara və dağıntılara məruz qalan müsəlman icmalarına dəstəyimizi bir daha təkrar edirik. Pakistan xalqının yanında olmağa davam etməyə çağırırıq”.

Bayden dini inanc azadlığını da vurğulayıb və mesajında qeyd edib: “ABŞ olaraq tərəfdaşlarımızla Çin Xalq Respublikasındakı Uyğurlar, Birmadakı Rohingya və digər müsəlmanlar da daxil olmaqla, məzlum müsəlmanlarla həmrəyik”.

Müsəlman amerikalıların elm və texnologiyadan incəsənətə və akademiyaya, hüquq və tibbdən ticarət və bürokratiyaya qədər ölkəyə verdiyi töhfələri vurğulayan Bayden, daha bərabər, ədalətli və tolerant bir xalq qurmaq öhdəliyini təkrarlayıb.

Bayden ABŞ-dəki və dünyadakı bütün müsəlmanlara müraciət edərək, Ramazan ayının xeyirli və dinc keçməsini arzulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki