BDU-dan koronavirusla mübarizəyə 100 min manatlıq dəstəkbackend

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının virtual iclası keçirilib. 

Busaat.az-ın məlumatına görə, iclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, Universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülmüş işlər və nəzərdə tutlmuş tədbirlər müzakirə olunub.

Elmi Şura Azərbaycan Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləyib, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbirlər kimi qiymətləndirib. Bu ümummilli məsələdə dövlətin qətiyyətli addımlarının, həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanmış, hər bir insanı öz sosial məsuliyyətini dərk etməyə, hamını birlik olmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıblar.

Elmi Şuranın qərarına əsasən Bakı Dövlət Universitetinin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülüb.