Bitkoinin son 7 gündə dəyər qazancı 9%-ə yaxınlaşıb.
Busaat.az xəbər verir ki, bu barədə Coinmarketcap analitik şirkəti məlumat yayıb.
Məlumata görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri cəmi 24 saat ərzində təxminən 7% artaraq 1 trilyon dolları ötüb.
Bitcoinin qiyməti 20 min dolları keçərək 20 min 850 dollar təşkil edib. Bitcoin qiyməti son 3 həftə ərzində 20.000 dollardan az olub.
Qeyd edək ki, 2021-ci ilin Noyabr ayında 68 990 dollara qədər bütün zamanların ən yüksək həddinə çatan Bitcoin həmin tarixdən etibarən dəyərinin təxminən 70%-ni itirib.
Busaat.az