BMT, Türkiyə və Ukrayna 16 gəminin Qara dənizdən hərəkəti ilə bağlı razılığa gəldi

image-0x0backend

 Birləşmiş Millətlər Təşkilatı, Türkiyə və Ukraynanın İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzindəki nümayəndə heyətləri oktyabrın 31-də dəniz humanitar dəhlizi boyunca əvvəllər bildirilmiş 14 gəmi yerinə 16 gəminin hərəkət cədvəli barədə razılığa gəliblər.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı BMT missiyası bildirib.

Məlumata görə, qrafikə uyğun olaraq on iki gəmi Ukrayna limanlarını tərk etməli, dörd gəmi isə Ukrayna limanlarına səfər etməlidir. “Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri oktyabrın 31-i üçün dəniz humanitar dəhlizi razılaşması çərçivəsində 16 gəminin hərəkət planı ilə bağlı razılığa gəliblər” – deyə, məlumatda bildirilib.

Bəyanatda həmçinin deyilib: “Bu gün, oktyabrın 30-da ərazidə gəmilərin hərəkəti olmayıb. Hazırda Ukraynanın üç limanında 21 gəmi gözləyir”.

Qeyd edək ki, İyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazarlara çıxarılmasına dair sənədlər paketi imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT arasında razılaşma əsasında taxıl yüklü gəmilərin yoxlanılmasını təmin edən, habelə qaçaqmalçılıq yolu ilə silah-sursat və təxribat cəhdlərinin qarşısını alan koordinasiya mərkəzi yaradılıb.

Rusiya Müdafiə Nazirliyi ötən şənbə günü bəyan edib ki, Kiyev rejiminin Böyük Britaniyadan olan mütəxəssislərin iştirakı ilə Rusiyanın Qara dəniz donanmasına və taxıl dəhlizinin təhlükəsizliyini təmin etmək üçün cəlb olunmuş mülki gəmilərə qarşı törətdiyi terror aktından sonra Rusiya tərəfi taxıl razılaşmasındakı fəaliyyətlərini dayandırır.

Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev bildirib ki, Rusiya Türkiyənin də iştirakı ilə yaxın 4 ayda ən yoxsul ölkələrə 500 min tona qədər taxıl tədarük etməyə hazırdır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90