Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
Manşet

Bu ərazilərdə karantin postları ləğv edilir - DYP

Bu ərazilərdə karantin postları ləğv edilir - DYP
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib. Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq. Rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək". (trend)
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=14518