“Bu qurumlar keçmiş “raykom”lardır” – İqtisadçıdan sərt tənqid

“Bu qurumlar keçmiş “raykom”lardır” – İqtisadçıdan sərt tənqidbackend

“Azərbaycanda yerli icra hakimiyyəti strukturları heç vaxt mütərəqqi, vətəndaşa yaxın strukturlar olmayıb”.

Busaat. az xəbər verir ki, bunu yerli icra hakimiyyəti strukturlarının fəaliyyəti ilə bağlı mövcud vəziyyətə münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib.

Rövşən Ağayevə görə, ölkədə “yerli” sözü formal məna daşıyır. Belə ki, real icma ehtiyaclarının hazırlanan regional proqramları heç icra başçılarının otaqlarına gedib çıxa bilmir:

“Bu vəziyyətin əsas səbəbi həmin icra strukturlarının qeyri-peşəkarlığı və düşüncə tərzi ilə bağlıdır. Bu qurumlar keçmiş Sovetlərin adı dəyişdirilmiş, məzmunu eyni qalan “raykom”larıdır. Bütün icra başçıları arasında “sizin üçün inkişaf nədir?” tipli sual ətrafında sorğu keçirilsə, onların mütləq əksəriyyətinin təsəvvüründə inkişaf anlayışı bər-bəzəkli küçə və binalar, ən yaxşı halda asfalt yollarla assosiasiya olunur.

2003-2013-cü illərdə daha sərbəst şəkildə bələdiyyələrlə, icmalarla müxtəlif sosial layihələr həyata keçirmək mümkün idisə, artıq 2014-cü ildə yerli icra hakimiyyətinin xəbəri olmadan heç bir vətəndaş cəmiyyətinin nəinki ictimai müzakirələr, hətta vətəndaşlar arasında sorğular keçirməməsi ilə bağlı sərt qadağalar qoyulub. Həmin vaxtdan vətəndaş cəmiyyəti üçün qapılar bağlanıb, pərdələr enib.

İndi həmin pərdələrin arxasından əliqandallı başçılar çıxır. Bu isə o deməkdir ki, vətəndaş cəmiyyətinin olmamasənın fəsadları yaxın gələcəkdə də görünəcək”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90