Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 608 $▼2.37%
  • Ethereum1 886 $▼2.13%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Çavuşoğlu Brüsseldə səfərdədir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Cozef Borrell və Aİ Komissiyasının bəzi üzvləri ilə görüşmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı danışıqların əsas müzakirə mövzusu Aİ ilə vizasız rejim və gömrük ittifaqı olacaq.

Danışıqlar öncəsi Cozef Borrell və Mövlud Çavuşoğlu ortaq mətbuat konfransı keçirib.

“Bu gün və sabah çox sıx bir cədvəlimiz olacaq. 2020 Aİ – Türkiyə münasibətlər baxımından problemli bir il oldu. Dekabr görüşü daha müsbət bir irəliləyiş üçün müsbət təsir bağışladı. Hər iki tərəf arasında dialoqun bərpası təmin edildi. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Cozef Borelli və Ursula fon der Lyayeni Türkiyəyə dəvət edib.

Türkiyə-Aİ əlaqələrində müsbət bir atmosferin yaradılması kursu vacibdir. Bu gün əlbəttə ki, Cozef Borell ilə müzakirələrimiz olacaq. Bundan əlavə, Şərqi Aralıq dənizində çox ətraflı bir konfrans təklifimiz var idi. Onları bir daha müzakirə edəcəyik. Digər tərəfdən, viza liberallaşması ilə bağlı atacağımız addımları da qiymətləndirəcəyik.

Bu gün və sabah keçirəcəyimiz görüşlərdə gözləntilərimizi həmsöhbətlərimizə çatdıracağıq. Ümid edirəm bütün bu görüşlər müsbət nəticə verəcək”, – deyə Çavuşoğlu mətbuat konfransı zamanı qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=32335