Ceyhun Bayramov Coşua Hakla Ermənistanla normallaşma prosesini müzakirə edib

image-6839753ba32c96839753ba32ca17485960276839753ba32c76839753ba32c8backend

30 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Busaat.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi münasibətlərin, enerji təhlükəsizliyi və bir sıra digər sahələrdə faydalı əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

Görüş zamanı bölgədə enerji layihələri, alternativ enerji üzrə planlar, nəqliyyat və kommunikasiya xəttlərinin perspektivləri, Mərkəzi Asiya ilə birgə əməkdaşlıq fəaliyyəti nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

image-68397442117c368397442117c4174859577868397442117c168397442117c2 image-683974459ea53683974459ea541748595778683974459ea50683974459ea51


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki