Çimərlikdən qayıdan kişi özünü niyə öldürmək istəyib? – ÖZƏL

image-62f33dd7bc04e62f33dd7bc04f166010824762f33dd7bc04b62f33dd7bc04dbackend

Xaçmaz rayonunda intihara cəhd olub.

Busaat.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, hadisə avqustun 9-da rayonun Köhnə-Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Mahmudov Bəxtiyar Bəhram oğlu tanışları ilə çimərlikdə spirtli içki qəbul edib. Daha sonra o, həmin gün saat 19 radələrində evdə olduğu zaman qəflətən həyətdə olan benzin məhlulunu öz üzərinə tökərək intihara cəhd göstərib.

Lakin dərhal həyat yoldaşı Bəxtiyar Mahmudovu su ilə söndürüb, onun qohumlarına xəbər verib. Sonra Bəxtiyar Mahmudov xəstəxanaya çatdırılıb.

Həkimlərin dediyinə görə, Bəxtiyar Mahmudovun həyati təhlükəsi yoxdur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki