Çində daha bir fəlakət- Yüzminlərlə insan təxliyə olundu

Çində daha bir fəlakət- Yüzminlərlə insan təxliyə olundubackend

Çinin şərqində tüğyan edən Haqupit tayfunu səbəbilə 381 mindən çox insan təxliyə olunub.

Busaat.az xəbər verir ki, Çin Milli Meteorologiya Mərkəzinin açıqlamasında xəbərdarlıq səviyyəsinin narıncı kateqoriyaya keçirildiyi bildirilib.

Saatda 90 km sürətlə hərəkət edən külək və leysan yağışa səbəb olan tayfuna görə qatar səfərləri və inşaatın fəaliyyəti dayandırılıb. Balıqçıl qayıqları sahilə çəkilib.

Tayfunun gün ərzində Şanxaya leysan yağış gətirməsi gözlənilir.

Xatırladaq ki, Çində iyundan bəri meydana gələn sel fəlakətlərində 141 nəfər ölüb. 24 əyalətdə 2 milyon insan yaşadığı yeri tərk edib.

Su daşqınlarının 7 milyard dollar zərər vurduğu təxmin edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90