Çin lideri Si Tsipin Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırır, eyni zamanda Tsipin, ehtimal ki, gələn həftə Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Busaat.az xəbər verir ki, bu barədə “Wall Street Journal” jurnalı məlumat yayıb.
İddialara görə, Putin və Zelenski ilə görüşlərdə Pekin Ukraynadakı müharibənin sona çatmasında vasitəçilikdə daha fəal rol oynamaq səylərini artırmağı hədəfləyir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çin prezidentinin gələn həftə Rusiyaya gələ biləcəyi barədə konkret qərarın olmadığını bildirib və tərəflər buna hazır olduqda bu barədə məlumat verəcəyini vəd edib.