“COVID-19 üçün təhlükəsiz müalicə üsulu yoxdur” – TƏBİB

“COVID-19 üçün təhlükəsiz müalicə üsulu yoxdur” – TƏBİBbackend

Azərbaycanda COVID-19 a yoluxmuş uşaqların və yetkin yaşlı xəstələrin idarəolunması və müalicəsi qaydası açıqlanıb.

Busaat.az-ın məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, uşaqlarla əlaqəli COVID-19 infeksiya hallarının müalicəsi barədə yetərli səviyyədə olan elmi sübutlarla əsaslandırılmış məlumatlar mövcud deyil. Buna görə də uşaqlar üçün COVID-19 müalicə tövsiyələri böyüklər üzərində aparılmış tədqiqatlar əsasında qiymətləndirilməli və xəstə uşağın vəziyyətinə uyğun olaraq planlaşdırılmalıdır. Koronavirus infeksiyasının yayılmasının başlanğıcından etibarən 22 mart 2020-ci il tarixinə qədər dünyada 0-9 yaş arası uşaq ölümü halı qeydə alınmayıb. 10-19 yaş arasında isə 0,2% tezliyində ölüm halının baş verdiyi bildirilib.

Bu rəqəmlər və bu günə qədər paylaşılan məlumatlar qiymətləndirildikdə uşaqlarda klinik mənzərənin daha yüngül gedişli olduğu məlum olur. Bundan əlavə, müalicə qərarı verilərkən uşaqlarda dərmanların mümkün əlavə təsirləri nəzərə alınmalıdır. Bu gün üçün uşaqlıq çağındakı pasiyentin müalicəsi hər bir xəstə baxımından ayrıca qiymətləndirilməli və mümkün ağır xəstəlik hallarında planlaşdırılmalıdır.

Sənəddə COVID-19-a yoluxmuş yetkin yaşlı xəstələrin müalicəsi ilə bağlı qeyd edilir ki, zəruri vəziyyətlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə yüngül xəstəlik klinikası ilə müraciət edən, yanaşı xəstəliyi olmayan, yaşı <50 olan xəstələrin hospitalizasiya edilərək monitorinqinin aparılması tələb olunmaya bilər və xəstələrin təqibi evdə monitorinq tövsiyələrinə əsasən aparıla bilər. Xəstənin monitorinqinin xəstəxana və ya ev şəraitində aparılması qərarı hər bir xəstə üçün fərdi qaydada verilməlidir.

Monitorinqin xəstəxana və ya ev şəraitində aparılması qərarı xəstənin klinik mənzərəsi, dəstəkləyici müalicəyə ehtiyacı, ağır xəstəliyin inkişafı üçün risk faktorlarının mövcudluğu və xəstənin evdə təcrid olub-ola bilməyəcəyi halları nəzərə alınaraq verilməlidir. Xüsusilə xəstəliyin ikinci həftəsində ağır gedişli xəstəliyin inkişafı üçün risk faktorları olan xəstələri yaxından təqib etmək lazımdır.

Xəstəliyin 2-ci həftəsində ağırlaşma riskinin yüksək olduğunu nəzərə alaraq evdə monitorinqi aparılan xəstələr nəfəs almaqda çətinlik çəkdiyi və qızdırmanın davam etdiyi təqdirdə mütləq ailə həkiminə məlumat verməsi haqqında məlumatlandırılmalıdır.

Sənəddə bildirilir ki, hazırda COVID-19 üçün təhlükəsiz və effektiv olduğu sübut edilən xüsusi bir müalicə üsulu yoxdur. Bu xəstəlik üçün effektiv bir müalicə üsulu tapmaq məqsədilə hazırda çox sayda dərman ilə 100-dən çox randomizə edilmiş nəzarət altında tədqiqat işləri aparılır. Bunların bəzilərinin yaxın aylarda elan ediləcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90