Çoxmənzilli yaşayış binalarının problemi kim tərəfindən həll olunmalıdır? – Ekspert rəyi

Çoxmənzilli yaşayış binalarının problemi kim tərəfindən həll olunmalıdır? – Ekspert rəyibackend

“Çoxmənzilli yaşayış binalarının idarəetməsi dövlətin nəzarətinə keçməlidir”.

Bu sözləri ölkəmizdə çoxmənzilli binaların tikintisi sahəsində mövcud olan boşluqlara münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Busaat.az-a açıqlamasında deyib.

Son 20 ildə çoxmənzilli binaların tikintisi sahəsinin sürətlə inkişaf etdiyini vurğulayn Elnur Fərzəliyevə görə, hazırda başlıca problemlərdən binaların idarə olunması ilə bağlıdır:

“Belə ki, tikinti şirkətlərinin inşa etdiyi yaşayış binalarında yığılan kommunal ödənişlər bəzən sakinlər tərəfindən haqlı olaraq birmənalı qarşılanmır. Xüsusən də yığılan yüksək məbləğli kommunal ödənişlər qarşılığında aşağı xidmət diqqət çəkən məqamlardan biridir. Mənzil Məcəlləsinin bir çox bəndlərində bu barədə qanunlar yazılsa da, təəsüf ki, qanunların icrasında xeyli problemlər yaşanır. Əslində binaların idarə olunma sahəsi ən gəlirli xidmət sahələrindən biri hesab olunur. Lakin ölkəmizdə bu sahədə mövcud olan problemlər həddindən artıq çoxdur. Bəzən sakinlər idarəetməni tətbiq edərkən Mənzil-tikinti Kooperativi (MTK) rəhbərləri ilə anlaşılmazlıq yaşanır. Kommunal xidmət sahəsindəki mövcud problemlərin yaratdığı çətinliklər bu sahənin inkişafına çox ciddi mənfi təsir göstərir”.

Elnru Fərzəliyevə görə, ölkəmizdə 2000-dən çox yeni tikilmiş çoxmənzilli yaşayış binalarının olmasına baxmayaraq, Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və idarəetmə şirkətlərinin sayı həddindən artıq azdır:

“Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) isə çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarına sahib olacaq şəxslər tərəfindən yaradılır. Lakin bu Cəmiyyətin fəaliyyətində də bir sıra problemlər mövcuddur. Cəmiyyət tərəfindən yığılan kommunal vəsaitlər bəzən az və ya çox olur. Yəni, vəsaitlə bağlı birmənalı yanaşma yoxdur. Halbuki istifadə olunan yaşayış binalarında zamanla təmir-bərpa işlərinə ehtiyac olur. Sakinlər tərəfindən yığılan kommunal vəsaitləri ilə bu işləri həyata keçirmək mümkün olmur. Problemin həlli üçün çoxmənzilli yaşayış binalarının dövlət nəzarətinə keçirilməsinə ehtiyac var”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90