“Cüzi bir təkanda Bakıdakı bu binalar uça bilər” – AÇIQLAMA

image-1468827backend

“Məlum olduğu kimi, artıq paytaxtda qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsinə başlanılıb. Onlar sovet dövründə inşa olunduğundan artıq istismar müddətini başa vurub. Söküləcək binaların bəziləri tələbələrin, bəziləri isə zavod və müəssisələrin yataqxanalarıdır. Yaxşı olardı ki, həmin yataqxanalar sökülərək yerində çoxmərtəbəli yataqxanalar inşa olunsun. Bu, tələbələrin kirayə problemini aradan qaldırmış olar”.

Busaat.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, tələbə yataqxanalarının böyük əksəriyyətində məcburi köçkünlər yaşayırlar:

“Hazırda işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri aparılır. Yaxın gələcəkdə tələbə yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlər öz doğma yurd-yuvalarına köçürüləcək. Artıq məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb və bir çox ərazilərdə tələbə yataqxanaları boşaldılıb. Boşaldılan yataqxanaların çoxu qəzalı vəziyyətdədir. Hətta aşağı ballı zəlzələ, cüzi bir təkan nəticəsində o binalar uça, dağıla, yerlə bir edə bilər. Ona görə də ilk növbədə qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90