“Demokratiya üçün üz qarası” – Ərdoğan ABŞ-dakı hadisələrdən danışdı

“Demokratiya üçün üz qarası” – Ərdoğan ABŞ-dakı hadisələrdən danışdıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 6-da Konqres binasına Tramp tərəfdarları tərəfindən basqın edilməsinə münasibət bildirib.

Busaat.az  xəbər verir ki, Ərdoğan ABŞ-da baş verən son hadisələrin demokratiya üçün üz qarası olduğunu və bütün dünya ictimaiyyətini təəccübləndirdiyini qeyd edib.

“ABŞ-dakı bu proses bütün bəşəriyyəti şoka saldı və təəccübləndirdi. Eyni şəkildə bizi də təəccübləndirdi. 15 iyul çevriliş cəhdi zamanı tamamilə səssiz qalan və bu mövzuda çox fərqli mesajlar verən ABŞ və ABŞ mediasının, həmçinin “Gezi” hadisələri zamanı biz siyasətçilərə qarşı necə mənfi açıqlamalar verdiyini və təhdidlər etdiyini xatırlayın. O dövrdə siyasətçi kimi səbrimiz və münasibətimiz çox açıq olsa da, ABŞ-ın münasibəti çox fərqli idi. O dövrdə demokratlar rəhbərlik edirdilər. Demokratların nə olduğunu, respublikaçıların eyni mahiyyətə sahib olduğunu gördük. Demokratiya üçün üz qarası olduğunu görürük. Ümid edirik ki, 20 yanvar tarixində Baydenin təhvilalma mərasimi sakit keçəcək. Növbəti dövrdə ABŞ cənab Baydenlə birlikdə sakitliyə qovuşacaq”,- deyə Ərdoğan qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90