Avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır. Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq. Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Diqqət! Təhsil Nazirliyi açıqlama yaydı
Bu bölməyə aid digər xəbərlər
Əziz və fədakar xalqımız! 27 Sentyabr bizim üçün sadəcə təqvimdəki hər hansı bir tarix deyil. Bu gün, Azərbaycan xalqının milli […]
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu […]
Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi […]
Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi […]
Son illər Bakının küçələrində elektrik skuterləri sayı nəzərəçarpacaq dərəcədə artıb. Vaxta qənaət, nisbətən aşağı xərc və tıxaclardan yayınmaq imkanı bu […]
“Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı […]









