Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedirbackend

Dağlıq Qarabağda gərgin döyüşlər gün boyu davam edib.

Səhər tezdən erməni işğalçı qüvvələrinin topçuları Azərbaycanın Tərtər şəhərinin mərkəzini vurub.

Şəhər Hərbi Komissarlığına düşən mərmi nəticəsində bir neçə nəfər yaralanıb.

Həmçinin Ermənistan silahlı qüvvələri vətəndaşlarımızın sıx məskunlaşdığı əraziləri ağır artilleriya atəşinə tutub, Füzuli rayonunun Horadiz kəndindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşən mərmi qəlpələri nəticəsində 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu cinayət, dünən cəbhəyə yollanan erməni könüllülərini daşıyan avtobusun məhv edilməsinin intiqamına cəhd kimi də qiymətləndirilə bilər.

Ümumilikdə isə, Tərtər şəhərinin mərkəzi, eləcə də Qapanlı, Şıxarx, Əskipara və Səhlabad kəndləri 30 sentyabr gününün birinci yarısı boyunca güclü atəşə məruz qalıb.

Eyni zamanda, bu gün səhər saatlarında erməni işğalçı qüvvələri Ağdərədə mühasirənin qarşısını almaq məqsədi ilə Matagis istiqamətində əks-hücuma cəhd etdilər.

Hücum Azərbaycan Silahlı Qüvvələrinin kütləvi artilleriya zərbələri nəticəsində dayandırılıb.

Nəticədə döyüş əməliyyatlarını davam etdirən Azərbaycan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-u, günün sonunda daha da irəliləyərək əhəmiyyətli müşahidə nöqtəsi hesab olunan Tonaşen kəndinə yaxınlaşıb.

Azərbaycan ordusunun birləşmələri işğal olunmuş Birinci ümum qoşun ordusunun Onuncu Dağ Atıcı diviziyasının Beşinci dağ atıcı alayının Ağdərə rayonun mərkəzində yerləşən qərargahına zərbələr endirib.

Təxminən saat 16:00-da Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində bütün aktivliyini tamamilə dayandırıb.

Füzuli və Cəbrayıl istiqamətində də ermənilərin əks hücum cəhdləri oxşar şəkildə uğursuz olub.

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir.

Bu arada qeyd etmək lazımdır ki, təkcə bu gün   Azərbaycan Ordusunun bölmələri saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu məhv edilib.

Ümumilikdə 2 500 nəfərə yaxın əsgər və zabit, 130-dan çox tank və zirehli avtomobil, 200-dən çox top, minaatan və “Qrad” qurğusu, 25-dən çox hava hücumundan müdafiə sistemi, altı komanda qərargah mərkəzi və silah anbarı, 50-dən çox tank əleyhinə qurğu, 55 ədəd avtomobil və bir ədəd “S-300” Zenit Raket kompleksi məhv edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki