Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.90 $▲0.28%
  • WTI neft88.41 $▲0.18%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 896 $▼0.55%
  • Gümüş49.95 $▼0.60%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.00 ¢▲0.63%
  • Bitcoin69 256 $▼2.97%
  • Ethereum1 957 $▼3.00%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

DSX-nin hərbi hissəsində andiçmə mərasimi keçirildi

image-5b9e55cb-7b76-3d23-a9ba-a01bda029302_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Noyabrın 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Busaat.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Mərasimdə əvvəlcə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildirib, onlara sərhədçi peşəsini dərindən mənimsəməyi, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunub, onlara müvəffəqiyyətlər arzulanıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90912