Dünyanın ilk trilyonerinin meydana çıxma vaxtı açıqlandı

image-1706504343_untitled-1backend

Dünyanın ilk dollar trilyonçusu 10 ildən sonra peyda ola bilər, lakin ən azı 230 il yoxsulluğun öhdəsindən gələ bilməyəcəyik.

Busaat.az-ın xarici mediaya istinadən məlumatına görə, “Oxfam İnternational” yoxsulluqla mübarizə təşkilatının üzvləri belə qənaətə gəliblər.

Onların fərziyyəsi “Forbes” siyahısındakı dünyanın ən zəngin beş adamının sərvətinə əsaslanır – İlon Mask (X, SpaceX, Tesla), Bernard Arnault (Louis Vuitton Moët Hennessy), Ceff Bezos (Amazon), Larri Ellison (Oracle) və Uorren Baffetta (Berkshire Hathaway).

Bundan əlavə, analitiklər 2027-ci ilə qədər dünyada milyonçuların sayının təxminən 40 faiz artacağını düşünürlər. “Oxfam” nümayəndələri həmçinin müəyyən ediblər ki, keçən il dünyanın hər yerindən milyarderlər 33 faiz varlanıb, onların ümumi sərvəti 3,3 trilyon dollar artıb.

Ekspertlər qeyd edirlər ki, 2020-ci ildən bəri dünyanın ən zəngin beş adamı sərvətlərini iki dəfədən çox artırıb (405 milyard dollardan 869 milyard dollara), eyni zamanda dünyada beş milyard insan daha da yoxsullaşıb.Lent.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90