Məzmuna keç
  • Brent neft109.93 $▲0.37%
  • WTI neft101.07 $▲0.11%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.037 $▲1.74%
  • Qızıl4 026 $▲0.12%
  • Gümüş54.06 $▼0.20%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda614.25 ¢▼1.40%
  • Bitcoin80 194 $▲0.32%
  • Ethereum2 326 $▲0.42%
  • S&P 5007 677▲0.71%
15°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Son dəqiqə

DYP sürücülərə müraciət etdi

image-1684931157_dyp_polis
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib.

İdarədən Busaat.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabitləşsə də, ötən gündən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır:

“Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır. Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə respublika əhəmiyyətli avtomobil yollarında və digər yaşayış məntəqələrində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, hərəkət iştirakçıları ilə profilaktik söhbətlər aparılır, yolun vəziyyəti barədə onlara məlumat verilir, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir”.

BDYPİ sürücülərə müraciət edərək onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132721