Əhalinin banklardakı əmanətləri artdı

image-pulllllllllbackend

Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb.

Busaat.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12524,9 milyon manat təşkil edib.

Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,8 faiz azalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90