Əkrəm Hüseynzadə yüksək posta TƏYİNAT ALDI – FOTO

image-16backend
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev bir müddət əvvəl istefa verib. O, Naxçıcan Ali Məclisinə seçkilərdə iştirak etmək üçün vəzifəsini tərk edib. 

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi onun istefasını qəbul edib. İclasda Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlunu təklif edib. Namizəd haqqında məlumat verilib və Ramil Orucəliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar Ali Məclisin 2020-ci il 30 dekabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Busaat.az xəbər verir ki, istefa verən MSK sədrinin yerinə yenisi seçilib.

Belə ki, Əkrəm Hüseynzadə Naxçıvan MSK-nın yeni sədri olub. O, 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.Modern.az


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki