Ərdoğan və Meloni arasında görüş: Türkiyə–İtaliya əməkdaşlığı gündəmdə

image-img_3945backend

İtaliyanın paytaxtı Roma şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni arasında görüş keçirilib.
“Busaat.az” NTV-yə istinadən xəbər verir ki, Ərdoğan 4-cü Türkiyə–İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak məqsədilə Romaya səfər edib.

Səfər çərçivəsində Prezident Ərdoğan Villa Pamphili İqamətgahında İtaliyanın Baş naziri Giorgia Meloni tərəfindən rəsmi mərasimlə qarşılanıb. Qarşılanma mərasimindən sonra liderlər arasında təkbətək görüş baş tutub.
Görüşdə Türkiyə ilə İtaliya arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımların müzakirə olunması, həmçinin aktual regional və qlobal məsələlər barədə fikir mübadiləsinin aparılması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki