Eldar Quliyevin müavini bələdiyyəni məhkəməyə verdi

image-bayram_yusifov-esasbackend

Səbail Rayon Bələdiyyəsi məhkəməyə verilib.

Busaat.az xəbər verir ki, iddiaçı “Gəncəli” İstehsalat Kommersiya Şirkətidir. Məlumata görə, şirkətlə bələdiyyə arasında vergi məsələləri üzrə mübahisə var. Hər halda açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi belə göstərilib. İddia Bakı İnzibati Məhkəməsinin hakimi Pərviz Hüseynovun icraatındadır.

“Gəncəli” İstehsalat Kommersiya Şirkəti Azərbaycanda tanınmış biznes strukturlarından biri hesab edilir. 1994-cü ildən fəaliyyət göstərən şirkət “Gəncəli Plaza” adı ilə də tanınır. Şirkətin təsisçisi isə Bayram Yusifovdur.

Bayram Yusifov həm də ictimai fiqur kimi tanınır. O, 2009, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) V, VI və VII-ci qurultaylarında təşkilatın sədr müavini seçilib. Hazırda da AAŞ-ın sədr müavini kimi fəaliyyət göstərir. AAŞ-ın sədri isə deputat Eldar Quliyevdir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90